Bu hadisə Premyer Liqada 8 ildən sonra ikinci dəfə baş verdi

15 Fevral 01:10 Zirə 284
Bu hadisə Premyer Liqada 8 ildən sonra ikinci dəfə baş verdi

Premyer Liqanın XXII turunun “Zirə” – “Sumqayıt” matçı iki penaltinin qolla nəticələnməməsi ilə əlamətdar olub.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, meydan sahiblərindən Qismət Alıyev, qonaqlardan Rövlan Muradov 11 metrlik cərimə zərbəsindən yararlanmayıb.

Bir matçda ən azı 2 penaltinin dəqiq olmaması sonuncu dəfə 2015/16 mövsümündə yaşanıb. 8 il əvvəl “İnter”lə “Sumqayıt”ın görüşündə (2:2) üç belə zərbə uğursuz alınıb.

2016-cı il mayın 1-dəki matçda Nika Kvekveskiri qonaqları, Ağabala Ramazanovla Vaqif Cavadov meydan sahiblərini məyus edə bilməyib.

Zirə” – “Sumqayıt” qarşılaşması 0:0 hesabı ilə başa çatıb.

Xəbər Lenti
13 Aprel 23:35 Çək və bizə göndər!