Rəşad Sadıqov paltardəyişmə otağında bu cür davranıbmı?

5 Dekabr 2023 11:40 Zirə 787
Rəşad Sadıqov paltardəyişmə otağında bu cür davranıbmı?

«Zirə» gözəgəlimli futbol oynaya bilmir?

Kim bu sualı bir daha ortalığa dığırladıb, onun ətrafında 100 manatlıq «şou» qurmağa cəhd etsə, qarşısında məni görəcək!

Demişəm və yenə deyəcəm: Rəşad Sadıqova birinci nəticə lazımdır.

«Zirə»də keçirdiyi dördüncü mövsümdə ikinci dəfə avrokuboklara getməyi qarşısına məqsəd qoyan Sadıqov artıq rahat olsun, getdiyi istiqamət ona uğur qazandıracaq.

«Zirə»nin cari mövsüm yaxşı oyunları az olmayıb. «Neftçi» ilə qarşılaşmada biz «Zirə»nin daha yaxşı şeylər bacaracağını gördük.

Qalibiyyət bayrağını qaldırmağa ən layiqli kimi onların adını çəkməliyəm. Sırf ani bir diqqətsizlik ucbatından məğlub duruma düşdülər.

Qoldan sonra ev sahiblərinin üzərinə yürüdülər. Yürüş 3-4 qol vuracaq qədər təhlükəli alındı.

«Neftçi»nin qapısında şirə dönən Rza Cəfərova dirəklər də kömək edincə, «Zirə»nin bəxti bağlandı.

Aydın oldu ki, bu gecədən əli üzmək lazımdır, növbəti həftəyədək!

Qələbə qazanmasa da, «Zirə»ni bu cür dinamik və hücum ampluasında izləmək xoşdur. Rəşad Sadıqovun paltardəyişmə otağında futbolçularının əlini sıxmasını ehtimal edirəm.

Belə oyuna reaksiya təşəkkür olmalıdır. Yəqin ki, o, bu cür də eləyib.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti