
AFFA İntizam Komitəsi "Zirə"nin hücumçusu Vladislav Kulaça 4 oyunluq cəza verib.
Sportainfo.az PFL-ə istinadən xəbər verir ki, buna səbəb ukraynalı futbolçunun Premyer Liqanın 12-ci turunun "Sabah"la görüşünün son dəqiqələrində rəqibin futbolçusuna qarşı etdiyi təcavüzkar davranışı olub:
“Sabah” – “Zirə” oyununun 90-cı dəqiqəsində qonaqların forvardı Vladislav Kulaç təcavüzkar davranış etdiyinə görə 4 oyunluq cəzalanıb, klub 3000 manat cərimə edilib (maddə 40.3).