
"Zirə"nin futbolçusu Stefan Aka Rumıniya mətbuatına müsahibə verib.
Sportinfo.az xəbər verir ki, “gsp.ro”nun suallarını cavablandıran Fil Dişi Sahilidən olan müdafiəçi Azərbaycandakı karyerasından və Bakıdan da danışıb:
"İşlərim yaxşı gedi, xoşbəxtəm. Demək olar, çox oyunda iştirak edirəm.
Çempionatda birinci yerdəyik. Bakı gözəl şəhərdir. Qiymətlər ucuzdur.
Krayova (Rumıniyada şəhər - red.) ilə Bakının müqayisəsi? Krayovada Bakıdan bir qədər ucuzluqdur".
Stefan Aka bu ilin yayından "Zirə"də çıxış edir.