COP29

Rəşad Sadıqov "Zirə"dən kimləri göndərsin və neçə transfer etsin?

30 Oktyabr 2023 16:00 Zirə 1 211
Rəşad Sadıqov "Zirə"dən kimləri göndərsin və neçə transfer etsin?

Premyer Liqada 11 həftə arxada qalıb və «Zirə» hələ də turnir cədvəlinə başçılıq edir.

Hamıdan az - cəmi 7 qol buraxıblar. Komanda zirvədə tutan əsas səbəbi elə bunda görməliyik.

Rəşad Sadıqovu bu mövsümə kimi ən çox birinci zona narahat edirdi. Ruan Renatonu «Qəbələ»dən gətirməklə problemi böyük ölçüdə çözdü.

İndi qalır bir başqa problem – hücum zonası. Vladislav Kulaç və Eldar Quliyev, o cümlədən, Rüstəm Əhmədzadə yetərsizdir.

11 tura 11 qol vuran komandanın baş məşqçisi onlardan şikayətlənməyə kifayət qədər haqlıdır.

Mən olsam, ön xətt adamlarının hər birini cəzalandırardım.

Kimini ehtiyatda saxlamaqla, kimini əvəzedici heyətə göndərməklə, kimini pul cəriməsi ilə. Bu, qaçılmazdır.

Cəzaya layiq olanlar «qulaqburma» almasalar, heç nə olmamış kimi yollarına davam edəcəklər.

Rəşad Sadıqov qış fasiləsində minimum 3 yeni legioner tapmalıdır. Bunun üçün əlavə büdcə ayrılmalıdır.

Bir yarımmüdafiəçi və iki hücumçu alınmalıdır ki, «Zirə» qış fasiləsindən sonra da sürət yığa bilsin, liderlər qrupundan aralanmasın.

Ən uc nöqtəyə yeniləri gətirib də, orta sahədə yalnız Rəhim Sadıxova arxalanmaq ciddi riskdir. Şəxsən bəndəniz bu riskə getməz.

Rəhim nə göydədir, nə də yerdər. Öz aləmi var və oradan çıxmır.

Rəhimə ümid olan şamsız qalar.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"