“De Byazi ilə mübahisə edə bilmərəm, bizim də vaxtımız çatacaq”

29 Oktyabr 2023 22:00 Zirə 1 193
“De Byazi ilə mübahisə edə bilmərəm, bizim də vaxtımız çatacaq”

“Canni de Byazi ilə münasibətim yaxşıdır.

Millidə oynamıram deyə baş məşqçi ilə mübahisə edə bilmərəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin hücumçusu Azərbaycan millisindəki çıxışı ilə bağlı deyib.

İtaliyalı mütəxəssis 22 yaşlı futbolçunu daim milliyə dəvət etsə də, nədənsə ona şans vermir.

Estoniya ilə səfər qarşılaşmasında adını “23-lüy”ə daxil etməmişdisə, Avstriya ilə Bakıdakı oyunda Əhmədzadə sona qədər ehtiyatda qaldı.

Premyer Liqada mütəmadi şans qazanan Rüstəm üzləşdiyi vəziyyətə görə narahat deyil. Səbrli davranmaqla bir gün onun da üzünə “günəş dəyəcəyini” düşünür:

“Hücum xəttində oynayıram və burada necə rəqabət olduğunu bilirsiniz. Ramil Şeydayev, Mahir Emreli, Renat Dadaşov kimi futbolçular legioner həyatı yaşayırlar, üstəlik, milli təcrübələri var.

Ruhdan düşmürəm, əksinə, hazırkı durum mənə motivasiya verir. Əminəm ki, bizim də oynamaq vaxtımız çatacaq. Ona görə də baş mıəşqçinin qərarına normal yanaşıram”.

Rüstəm Əhmədzadə Azərbaycan millisində meydana çıxdığı 7 oyunda 221 dəqiqə meydanda olub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti