“Zirə”nin futbolçusundan çempionluq mesajı: “Həm inanıram, həm də arzulayıram”

24 Oktyabr 2023 22:20 Zirə 387
“Zirə”nin futbolçusundan çempionluq mesajı: “Həm inanıram, həm də arzulayıram”

“Zirə”nin futbolçusu Rüstəm Əhmədzadə Sportinfo.az-a müsahibə verib.

Millimizin də şərəfini qoruyan 22 yaşlı hücumçu “Kəpəz”lə qolsuz bərabərlikdən sonra sualları cavablandırıb.

- Autsayderlə oyunda 2 vacib xal itirmək yəqin ki, planlarınıza daxil deyildi. Nə baş verdi?

- Məqsədimiz ilk hissədə meydanda diqtə edən tərəf olub hesabı açaq. Lakin bunu edə bilmədik. Ümumiyyətlə, birinci 45 dəqiqədə istədiklərimizi edə bilmirdik. Fasilədən sonra özümüzə gəldik, oyunumuzu yaxşılaşdırdıq və yaxşı imkanlarımız da oldu. Bu dəfə sonluğu gətirə bilmədik. Həm də bugünkü şərtlər də bir az ağır idi.

- Hansı şərtlər?

- Oyunun başlama saatı, oktyabrda bu cür isti hava və “sintetika”. Bunları deməklə heç-heçəyə bəraət qazandırmaq istəmirəm. Eyni şərtlər rəqib üçün də keçərli idi. Sadəcə, bu gün öyrəşmədiyimiz şərtlər altında oynadığımızı demək istəyirəm.

- Qaçırdığın əlverişli qol imkanları barədə nə deyə bilərsən?

- Bəli, çox yaxşı fürsətlər yaranmışdı. Birində zərbəm dəqiq olmadı, digərində başla vurduğum top dirəyə dəydi, nə bilim. Belə oyunlar məni həvəsdən salmır, əksinə motivasiya verir. Çünki yeni nəsə öyrənirəm, çatışmazlıqlar üzərində işləyirəm.

- Sizdən bir gün öncə “Qarabağ” da bu stadiondan 1 xalla aylırdı. Əsas rəqibinizin heç-heçə etməsi vahid liderə çevrilmək baxımndan sizə əlavə motivasiya verirdi?

- Bilirdik ki, “Kəpəz”i məğlub etməklə turnir cədvəlindəki vəziyyətimizi bir az da yaxşılaşdıra bilərik. Çox istəkli idik, əla imkan yaranmışdı. Bunun üçün çox çalışsaq da, qol vura bilmədik.

- Çempionluğu arzu edirsən? Bunu arzu edirsən? İnamın var?

- 100 faiz. Həm inanıram, həm də arzulayıram. Çempionluq xoş arzudur, hər bir futbolçu üçün prestijdir. İlboyu gördüyün işin, çəkdiyin zəhmətin bəhrəsini çempionluqla görmək, əlbəttə ki, xoşdur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti