“Bakıda sakit həyat yaşayırıq, elə bir çətinliyimiz yoxdur”

25 Oktyabr 2023 11:40 Zirə 750
“Bakıda sakit həyat yaşayırıq, elə bir çətinliyimiz yoxdur”

“Bakıda özümü əla hiss edirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin legioneri Pyer Zebli deyib.

Qəsəbə təmsilçisi Fil Dişi Sahilindən olan yarımmüdafiəçini bu yay heyətinə qatıb.26 yaşlı afrikalı 2+1 illik müqavilə bağlayıb.

O, özünün və doğmalarının burada rahat olduğunu bildirib:

“Bura ailəmlə birlikdə gəlmişəm. Gözəlliyi ilə diqqətimizi çəkən Bakıda yaşamaq ürəyimizcədir.

Əsas odur ki, sakit həyat yaşayırıq. Elə bir çətinliyimiz yoxdur”.

Pyer Zebli karyerası ərzində İtaliyanın “Peruca”, “Askoli”, “Katolika”, Belçikanın “Genk”, Bolqarıstanın “Çarsko Selo” və “Lokomotiv” (Plovdiv) klublarının şərəfini qoruyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA