İtaliyalı legioner Azərbaycan çempionluğu barədə: “Bu cür davam etsək…”

21 Oktyabr 2023 14:20 Zirə 534
İtaliyalı legioner Azərbaycan çempionluğu barədə: “Bu cür davam etsək…”

“Zirə”nin legioneri Pyer Zebli Sportinfo.az-a müsahibə verib.

İtaliyalı yarımmüdafiəçi mövsümün əvvəlindən bu yana komandası və özü ilə bağlı yaranan sualları cavablandırıb.

- Premyer Liqanın ötən turunda “Turan Tovuz” üzərində 2:1 hesablı çətin qələbə qazandız. Təəssüratlarını dinləmək maraqlıdır.
- Bəli, düz qeyd etdiniz, çətin oyun oldu və çətin qələbə qazandıq. Həftəboyu rəqibi analiz edərək oyuna ciddi hazırlaşmışdıq. Sevinirəm ki, məşqlərdə etdiklərimizi meydanda ortaya qoymağı bacardıq. Bəli, müəyyən səhvlərimiz olurdu. Onları aradan qaldırmalıyıq. Vacib olan 3 xal qazanmaq idi, ona da nail olduq.

- “Zirə”nin lider olması sizə əlavə ruh yüksəliyi verir, yoxsa üzərinizdə təzyiq yaradır?

- İlk növbədə bizim üçün yaxşı motivasiyadır. Bilirik ki, mövqeyimizi qorumalıyıq. Eyni zamanda, həm də təzyiq yaradır. Çünki rəqiblər bizə xüsusi həvəslə yanaşır. Hər iki məqamın olduğunu deməliyəm.

- Komandanızın cari mövsümün sonu üçün hədəfi nədir?

- Əlimizdən gələnin ən yaxşısını edib yüksək yerlərdən birini tutmaq istəyirik. Bu cür davam etsək, nəticə özü bizi tapacaq. Bizi maraqlandıran sona qədər indiki dəsti-xətti qoruyub-saxlamaqdır.

- İlk pilləni qoruyub çempion olmaq inandırıcıdır?

- Dediyim kimi, əlimizdən gələnin ən yaxşısını edirik ki, komandamız yüksək yerlərdə olsun. Mövsümün başa çatmasına çox var. İndi nəsə demək düzgün olmaz. Sonluğu gözləyək, görək necə olacaq.

- “Kəpəz”lə oyunda aldığın qırmızı vərəqəylə həm komandanı çətin vəziyyətdə qoymışdun, həm də iki matçı kənardan izləmişdin. Həmin epizodda “qırmızı” var idi?

- Həm mənim, həm də komandam üçün çətin olmuşdu. Niyyətim topa oynamaq idi, lakin hakim o cür qərar qəbul etdi. Bilirdim ki, düşünməklə, dərd çəkməklə heç nə düzəlməyəcək. Ona görə də bütün diqqətimi məşqlərə yönəltmişdim ki, bugünkü oyuna hazır olum.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti