“Kəpəz”in “həyatına oturub”

21 Oktyabr 2023 08:30 Zirə 480
“Kəpəz”in “həyatına oturub”

“Zirə” Azərbaycan Premyer Liqasının X turunda qarşılaşacağı “Kəpəz”ə ölkə çempionatlarında 5 il 7 aydır məğlub olmur.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisi axırıncı dəfə 2017-ci ilin martında paytaxt təmsilçisi ilə dueldən 3 xalla ayrılıb.

Həmin vaxtdan bəri baş tutan 9 qarşılaşmanın 5-də qələbə qazanan “Zirə” digər 4 matçda heç-heçə ilə kifayətlənib.

Ümumiyyətlə, 2015-ci ildən başlayan rəqabətdə komandalar 17 dəfə üz-üzə gəliblər. “Kəpəz” bu qarşılaşmaların cəmi 3-də qələbə sevinci yaşayıb.

Digər görüşlərin 7-də məğlub olan gəncəlilərin eyni sayda da bərabərliyi var. Bölgə komandasının 16 qolunun əvəzini paytaxt təmsilçisi 23 qolla çıxıb.

Oktyabrın 21-də Tovuz şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Zirə” oyunu saat 15:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti