Rəşad Sadıqov bu futbolçuya qadağa qoydu

9 Oktyabr 2023 23:00 Zirə 2 070
Rəşad Sadıqov bu futbolçuya qadağa qoydu

Premyer Liqanın 9-cu turunda “Zirə” “Turan Tovuz”u məğlub etməklə (2:1) lider mövqeyindəki yerini bərkitdi.

Oyun başa çatandan sonra “qartallar”ın üzvləri məmnun görünürdü.

Jurnalistlər futbolçulara yaxınlaşır, top ustaları da oyunla bağlı danışmaqdan imtina etmirdilər.

Məqsədim daha çox aldığı zədələrlə yadda qalan, lakin cari mövsümdə inamlı çıxışla fərqlənən Filipe Paxtmandan müsahibə almaq idi.

Braziliyalı forvarda suallara cavab almaq istəyimi bildirəndə, o, bundan imtina etdi. Səbəbini öyrənəndə isə cavabı belə oldu:

“Rəşad Sadıqov müsahibə verməyimə icazə vermir”.

Hansısa vacib oyundan əvvəl ümumi komandaya mətbuata danışmaq qadağası anlaşılandır. Lakin söhbət konkret bir futbolçuya qoyulan yasaqdan gedirsə, bu, düşündürücü məqamdır.

Niyə məhz Filipe?

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti