“Zirə”nin istədiyi bu idi - Qəsəbədən FOTOREPORTAJ

8 Oktyabr 2023 02:40 Zirə 268
“Zirə”nin istədiyi bu idi -  Qəsəbədən FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında IX tura start verilib.

Sportinfo.az xəbər verir ki, turun açılış oyununda lider “Zirə” meydana çıxıb.

Qəsəbə təmsilçisi doğma arenada “Turan Tovuz”u qəbul edib. Hesabı meydan sahibləri açıblar. 33-cü dəqiqədə Salifu Suma fərqlənib.

Qonaqlar 74-cü dəqiqədə Denis Marandiçinin qolu sayəsində “status-kvo”nu bərpa ediblər.

Lakin tovuzluların sevinci cəmi 3 dəqiqə çəkib. 77-ci dəqiqədə Qismət Alıyev “Zirə”yə 2:1 hesablı qələbə qazandıran qola imza atıb.

Bakılılar bu qalibiyyət sayəsində xallarının sayını 19-a çatdırıblar. Bölgə təmsilçisinin isə hesabında 11 xal var.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!