Rəşad Sadıqovu qınamağın yeri varmı?

7 Oktyabr 2023 19:00 Zirə 532
Rəşad Sadıqovu qınamağın yeri varmı?

«Zirə»nin cari mövsümə hansı niyyətlə başladığını Rəşad Sadıqovun öz dilindən eşitdik.

Dedi ki, rəhbərlik ondan və onunla bir yerdə olanlardan çempionluq tələb etməyib.

İstənilən yeganə şey Konfrans Liqasına vəsiqədir.

Day fərqi yoxdur ki, bu bilet hansı «kanal»la gələcək – Premyer Liqa, yoxsa kubok «cəbhə»sindən.

Hər məşqçi nəticə əldə etməyin yolunu bir taktiki vasitədə görür. Hamının yönü, yöntəmi eyni deyil.

Kiməsə nümunə göstərib deyə bilməzsən ki, filankəs komandanı bu cür oynadır, sən də elə et.

Bəzən Rəşad Sadıqovu praqmatik futbola görə qınayanların «arqumentlor»ini eşidirəm və beynimdən bu fikirlər gəlib keçir - belə yaxşı bilənsən, belə məşqçilikdən başın çıxır, o, çəkilsin kənara, gəl, bu işi özün gör.

Kənardan nəsə deməyə, irad bildirməyə nə var e! Adama hər şey su içmək kimi asan gəlir.

Amma ki, bəzən o sadə suyu içmək belə, zillətə dönür. Halın, iştahın olmur, xəstə olursan, özünü pis hiss edirsən - o qədər fərqli vəziyyətlər yaranır ki…

İnsan bütün işləri, bütün planları istədiyi kimi həyata keçirə bilsəydi, day bu həyatın nə ləzzi olardı ki! Hamı elə rahat-rahat yaşayır, rahat-rahat işləyərdi də.

«Turan Tovuz»la qarşılaşan «Zirə» aktivinə 3 xal yazdı. İki qolda da ağıl işlətdilər, ikincidə də.

Öncə Paxtman bir ötürməylə Sumanın qapıya yolunu açdı, ardınca da Qismət Alıyev standart vəziyyətdən qələbə topunu vurdu.

Rəşad Sadıqov illərdir çalışır ki, daxili rəqabəti balanslı, müqavimət gücü böyük və nizamlı, intizamlı komanda yaratsın.

O, bunun yolunu «dəmir yumruğ»a söykənən metodikada görür. Biz indi qınayıq ki. nahaq belə fikirləşirsən? Turnir cədvəli üzümüzə bozarar axı.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti