Rüstəm Əhmədzadə Azərbaycana qayıdanda ona ümidlər böyük idi.
"Minay"ı "Qarabağ"a dəyişən 22 yaşlı hücumçu artıq 2 ilə yaxındır ölkəmizdədir.
O, həmin iki ilin böyük hissəsin "Zirə"də icarədə olub. Elə indi də paytaxt klubunun uğurları üçün çalışır.
Əhmədzadə Azərbaycan karyerasında 8-i "Qarabağ" olmaqla 51 matçda meydana çıxıb.
Milimizin forvardı bu görüşlərdə aktivinə hamısı "Zirə" olmaqla 3 qol, 4 asist yazdırıb.
Göründüyü kimi, heç də parlaq statistika olduğunu demək olmaz.
Maraqlıdır, Rüstəm özü karyerasının Azərbaycan səhifəsini necə dəyərləndirir?
Sualımıza cavab olaraq forvard bunları dedi:
"Bu haqda danışmaq asan deyil. Dəqiq bir şey söyləmək çətin olsa da, mən həmişə daha yaxşısını istəyirəm.
Daha çoxunu əldə etməyi qarşıma hədəf qoymuşam. Məncə, indikindən daha yaxşı ola biləcəyimi düşünürəm və bunun üçün çalışıram.
Necə olacağını zaman göstərər".
XANOĞLAN / SPORTİNFO.AZ

