Rəşad Sadıqov üçün 100 nə deməkdir?

2 Oktyabr 2023 13:20 Zirə 556
Rəşad Sadıqov üçün 100 nə deməkdir?

Rəşad Sadıqov Azərbaycan çempionatlarında baş məşqçi kimi 100-cü oyununu keçirib.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, yalnız bir klubda çalışan 41 yaşlı mütəxəssis bu matçların hamısında “Zirə”nin sükanı arxasında olub.

Onun yubileyi Premyer Liqanın VIII turunda gerçəkləşib. “Araz-Naxçıvan”la səfər görüşündə onun yetirmələri 0:1 hesabı ilə uduzub.

2020-ci ilin yayından qəsəbə klubuna rəhbərlik edən Sadıqov 2020/21 və 2021/22 mövsümlərinin hərəsində 28, ötən çempionat 36 görüşün iştirakçısı olub.

Cari mövsümün 8 qarşılaşmasını da nəzərə alsaq, mütəxəssis bu matçlarda 39 qələbə, 34 heç-heçə və 27 məğlubiyyətə şahid olub.

Sadıqov Azərbaycan çempionatları tarixində ən azı 100 matçda baş məşqçi olan 30-cu mütəxəssisdir.

Digər Xəbərlər
Xəbər Lenti