"Zirə" şikayət verdi, AFFA qismən təmin etdi, 1 şərt qoydu

28 Sentyabr 2023 19:20 Zirə 705
"Zirə" şikayət verdi, AFFA qismən təmin etdi, 1 şərt qoydu

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Pyer Zebli ilə bağlı "Zirə"nin apellyasiya şikayətini qismən təmin edib.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin 2 oyunluq cəzasının çəkilməmiş hissəsi, yəni 1 oyunluq cəza şərti tətbiq ediləcək.

Ona üç ay sınaq müddəti təyin edilib. Futbolçu bu müddət ərzində törədilən qayda pozuntusuna görə əlavə 1 oyunluq cəza alacaq.

Qəsəbə təmsilçisinin 1500 manat məbləğində cərimələnməsi qüvvədə saxlanılıb.

Bildirilib ki, Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA