
“Zirə” – “Neftçi” qarşılaşmasının gərginliyi ən çox Rəşad Sadıqova sirayət etmişdi.
Meydan sahiblərinin çalışdırıcısı bir yerdə dayanmır, oyunun həyəcanı ilə yaşayırdı.
Bəzi epizodlarda hakimlərə etirazı öz yerində. Ancaq ən çox irad bildirdiyi futbolçuları idi.
İlk hissədə yaşanan epizodların birində Sadıqov diqqət mərkəzinə düşdü. Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Tyaqo Silvanın ötürmə səhvinə qəzəblənib portuqaliyalı qapıçısını səslədi.
Silva oyunun içində olduğundan təbii ki, baş məşqçinin səsini eşitmədi. Sadıqov çağırışın fayda vermədiyini görüncə, üzünü ehtiyat oyunçular skamyasına tərəf çevirib, əsəbini “Bekhem kimi pas verən olub mənim üçün” deməklə soyutdu.
Premyer Liqanın 7-ci turu çərçivəsində keçirilən “Zirə” – “Neftçi” oyunu 1:1 hesabı ilə başa çatıb. Zirəlilər 16 xalla turnir cədvəlinə liderlik edir.
HƏBİB / SPORTİNFO.AZ