“Neftçi”ni özlərindən irəli buraxmadılar – Zirədən FOTOREPORTAJ

25 Sentyabr 2023 02:50 Zirə 518
“Neftçi”ni özlərindən irəli buraxmadılar – Zirədən FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında VII turun mübarizəsi davam edir.

Sportinfo.az xəbər verir ki, turun ikinci oyunu paytaxtda keçirilib.

Turnir cədvəlinin lideri “Zirə” doğma arenasında “Neftçi”ni qəbul edib. Qarşılaşmada hesabı qonaqlar açıblar.

22-ci dəqiqədə Yuri Matias başla fərqlənib. Ancaq “qartallar” fasilə ərəfəsində “status-kvo”nu bərpa ediblər. 44-cü dəqiqədə Qismət Alıyev penaltini dəqiq yerinə yetirib.

Komandaların ikinci hissədəki cəhdlərinə baxmayaraq, qələbə qolunu vurmaq mümkün olmayıb. Nəticədə görüş 1:1 hesabı ilə başa çatıb.

Bununla “Zirə” xallarının sayını 16-ya, “Neftçi” isə 9-a çatdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var