COP29

Rəşad Sadıqovun yerində 1 gün, 1 saat olmaq – düz etmir ki?

19 Sentyabr 2023 17:40 Zirə 499
Rəşad Sadıqovun yerində 1 gün, 1 saat olmaq – düz etmir ki?

«Zirə» tarixinin ən uğurlu sezonbaşını keçirir.

İlk altı turda beş qələbə inanılmazdır, mühüm uğurdur.

Bu, Rəşad Sadıqovun əməyi, zəhməti, başarısıdır. O, doğru yoldadır, nə edir, düz edir.

Qələbələri sıralayan baş məşqçini nələrəsə görə sorğulamaq əbləhləkdir! Niyyəti yalnız qərəzli olanlar bu yola gedər.

«Zirə»nin hədəfi avrokuboklara vəsiqə qazanmaqdır. Hədəfə gedən yolunu nə mən müəyyənləşdirirəm, nə də «x» şəxs.

Həmin adai Rəşad Sadıqovdur və məsuliyyəti də o, öz üzərinə götürüb. Yay planlarını düzgün qurub ki komanda bu gün önünə keçəni kötəkləyir.

«Zirə» antifutbol zad oynamır. Heç bu da sözdür..? Oynaya bildikləri futbolu oynayırlar.

Kimə xoş gəlmirsə, stadiona getməsin, televizorda kanalı dəyişsin.

Guya, Azərbaycanda «Qarabağ»dan savayı hansı komanda baxımlı futbolun arxasınca düşüb ki? Hamını nəticə maraqlandırır.

«Qarabağ»ın özü də bütün oyunları eyni səviyyədə keçirmir, hər həftə gözəl futbol nümayiş etdirmir, etdirə bilmir.

Rəşad Sadıqovu qınayanlara, çox demirəm, 1 gün, 1 saat onun yerində olmağı arzulayıram.

Kənardan hər şey çox asan, çox sadə görünür.

Onun ötən mövsümdən bəri nə çəkdiyini təxmin etmək lazımdır.

Bunun üçün azca duyğulu və həssas olmaq yetərlidir. Əgər o da varsa.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti