
“Yeni komandamın heyətində ilk dəfə 90 dəqiqə meydanda oldum.
Buna və qazandığımız əzmkar qələbəyə görə şadam”.
“Zirə”nin futbolçusu Aka Stefan Sportinfo.az-a açıqlamasında komandasının “Sumqayıt” üzərində qələbəsini şərh edib.
Meydan sahibləri 11-ci dəqiqədən etibarən azlıqda qalsa da, yekunda istəyinə çata bildi. “Qartallar” ilk hissəyə əlavə olunmuş birinci dəqiqədə Məqsəd İsayevin vurduğu qolla qələbəni bayram etdi.
Fili Dişi Sahilindən olan 32 yaşlı müdafiəçi qalibiyyətlə bağlı danışıb, qırmızı vərəqə epizodunu şərh edib:
“Çox yaxşı komandamız var. Bugünkü oyunumuzla nəyə qadir olduğumuzu bir daha göstərdik. Rahatlaşmamalı, yolumuza bu şəkildə davam etməliyik.
Fikrimcə, həmin epizodda qırmızı vərəqə yox idi. Hakimin qərarı idi, qarışa bilməzdik.
Azlıqda qalandan sonra gücümüzü bir yerə qoyub döyüşdük. Belə deyim, qırmızı vərəqə bizə motivasiya verdi. Sona qədər bir-birimizə inanırdıq”.
“Zirə” 6 oyundan topladığı 15 xalla turnir cədvəlinin vahid lideridir.
HƏBİB