“Öz səhvimizin ucbatından uduzduq, bəxtimiz gətirmədi“

14 Sentyabr 2023 09:20 Zirə 812
“Öz səhvimizin ucbatından uduzduq, bəxtimiz gətirmədi“

“Çempionat bizim üçün uğursuz başladı, amma şansımız var idi. Daha sonra özümüzə gəldik və uda-uda gedirdik“.

Sportinfo.az xəbər verir ki, bu sözlər minifutbol üzrə “Zirə” komandasının kapitanı Seymur Məmmədova məxsusdur.

O, qazandıqları uğur (Çempionlar Liqasında 3-cü yeri tut) barədə danışıb:

”Yarımfinalda öz səhvimizin ucbatından məğlub olduq. Rəqib udulası komanda idi, bəxtimiz gətirmədi.

Yaxşı təlim-məşq toplanışı keçmişdik. Məğlubiyyətlərdən sonra da ümidimizi üzməmişdik.

Bilirdik ki, gücümüz var, şansımız var. Qrupdakı son matç final oyunu kimi idi və bundan yararlandıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA