“Zirə“nin baş məşqçisi olduğunu dedi: “Biz bunu hesablamamışdıq“

11 Sentyabr 2023 16:20 Zirə 737
“Zirə“nin baş məşqçisi olduğunu dedi: “Biz bunu hesablamamışdıq“

“Düzdür, biz çempionata yaxşı başlamamışdıq, gözləmədiyimiz komandalar var idi“.

Sportinfo.az xəbər verir ki, bu fikirlər minifutbol üzrə “Zirə”nn baş məşqçisi Elşad Quliyevə məxsusdur.

Çempionlar Liqasında 3-cü yeri tutan kollektivin çalışdırıcısı buradakı rəqiblərin bu qədər güclü olacağını düşünməyib. O, milli ilə Avropa çempionu olduqdan sonra “Zirə” ilə əldə etdikləri nəticədən bu cür söz açıb:

“Biz bunu hesablamamışdıq. Amma sonradan özümüzə gəldik. Bu bizim üçün təcrübə idi. İlk dəfə idi ki, iştirak edirdik.

8 yeni oyunçumuz var idi və onlar komandaya qoşulanda vaxtımız az oldu ki, hazırlaşaq.

Onların adaptasiyası keçdikdən sonra nəticə gəlməyə başladı. İki məğlubiyyət yeni qoşulanların komandaya uyğunlaşmaması ilə bağlı idi”.

Digər Xəbərlər
Xəbər Lenti