
“Avropa Minifutbol Federasiyasının rəhbərliyi ilə danışıqlar aparmışıq. Dedilər ki, bunu müzakirə edib qərar verəcəyik”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Zirə“ minifutbol komandasının prezidenti Taleh Nəsibova aiddir.
O, növbəti mövsüm Çempionlar Liqasının (ÇL) Bakıda keçirilə biləcəyini deyib: ”Onlara bildirdik ki, bizdə şərait var, çempionatı qəbul edə bilərik”.
Çempionlar Liqasında 3-cü yeri tutan “Zirə”nin birinci şəxsi ölkə çempionatının yaradılmasının nəticələrə təsir etdiyini deyib:
“Çempionatımızda 17 komanda mübarizə apardı və iki komanda Çempionlar Liqasına yollandı. “Birbaşa” və “Zirə” qitənin ən yaxşı turnirində mübarizə apardılar.
“Zəngəzur” da Bolqarıstana yollanacaq. Milli komanda Avropa çempionatına yollandıqdan sonra tapşırıq verilib ki, bu idman növü inkişaf etdirilsin.
Çempionlar Liqası keçirilən müddətdə müyyən hadisələr oldu. Bəzi səbəblərdən ilk 2 matçda uduzduq, həm də təcrübəsiz idik.
Düşünürəm ki, gələn mövsüm daha yaxşı nəticələr əldə edə bilərik. Rumıniyanın AEK komandasını “Zirə” məğlub etdi, amma digər təmsilçimiz onlara uduzdu. Onlar ölkə çempionatının qalibidirlər”.