Rəşad Sadıqovdan SƏMİMİ ETİRAFLAR: “Qarabağ”a gələnə qədər çox səhvlərim olub” - VİDEO

9 Sentyabr 2023 22:40 Zirə 1 898
Rəşad Sadıqovdan SƏMİMİ ETİRAFLAR: “Qarabağ”a gələnə qədər çox səhvlərim olub” - VİDEO

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “CBC Sport” kanalında yayımlanan “Sərbəst zərbə” verilişinin qonağı olub.

Sportinfo.az xəbər verir ki, o, maraqlı cavabları ilə yadda qalıb.

Gənc mütəxəssis əvvəlcə Azərbaycan çempionatındakı stadionların vəziyyətindən danışıb:

“Bizim çempionatda stadionların, bazalar yaxşı vəziyyətə gəlməlidir ki, maraq olsun. Türkiyə Superliqasında çıxış edərkən bir futbolçuya dedim ki, gəl Azərbaycan çempionatında maraqlı oyuna baxaq.

Baxan kimi dedi ki, bu Bal Liqasıdır. Bal Liqası Türkiyədə həvəskar çempionatdır.

Mən isə israr edirdim ki, iki güclü komandanın oyunudur, mübarizə olacaq.

Daha sonra çəkilib kənara onun gözü ilə baxdım, eyni şeyi gördüm. Götürək öz komandam “Zirə”nin oynadığı stadionu. Könül istəyər ki, 10 minlik arena olsun, yaxşı ot örtüyü olsun”.

R.Sadıqov “Zirə”nin “Qarabağ” olması üçün nə lazımdır” sualına isə belə cavab verib:

“Qurban Qurbanov lazımdır. “Qarabağ”ın baş memarı odur. Komandanın bu yerlərə gəlməsində əsas rol ifaçısıdır.

Çalışıram ki, onun kimi olum. Təkcə məşqçi kimi deyil, insan kimi də ona bənzəmək istəyirəm”.

Zirə təmsilçisinin çalışdırıcısı etdiyi səhvlərdən də söz açıb:

“Qarabağ”a gələnə qədər çox səhvlərim olub. Xüsusən Türkiyə Superliqasında oynayarkən səhvlər etmişəm.

Bəzən futbolçular səhvlər edəndə öz səhvlərim gözümün önünə gəlir”.

Digər Xəbərlər
Xəbər Lenti