Ölkəmizə gələn əcnəbi “üsyan” etdi: “Bu dərəcədə olmaz!”

6 Sentyabr 2023 17:00 Zirə 1 064
Ölkəmizə gələn əcnəbi “üsyan” etdi: “Bu dərəcədə olmaz!”

“Fikir veriridinizsə, ikinci hissədə rəqib futbolçular tez-tez yerdə qalırdı.

Başa düşürəm, hesabda öndədirlər, qələbə qazanmaq istəyirlər, amma bu dərəcədə olmaz!”

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin qapıçısı Tyaqo Silva “Qəbələ” ilə oyunda yaşananlarla bağlı danışarkən deyib.

Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdığından, qonaqlar matçdan sonra narazı görünürdü.

Portuqaliyalı qolkiperin xoşuna gəlməyən məqam “Qəbələ”nin oyunçularının yıxılıb yerdə qalması və meydana həkimlərin daxil olmasıydı.

Elə buna görə də matçın gedişində üzünü yerli tərəfdarlara tutub əlləri ilə etiraz edirdi.

Tyaqo bu kimi halların çempionatın inkişafına ziyan vurduğunu düşünür, avrokuboklar zamanı çətinlik yaracağını iddia edir:

“Uduzsanda belə, futbol oynamaq lazımdır. Yerdə uzanmaqla, meydana həkimləri çağırmaqla futbolu inkişaf etdirmək olmaz.

Sabah avrokuboklara gedəndə bu cür hallar keçərli olmayacaq. Avropa futbolunda intensivlik var, hakimlər güzəştə getmir.

Yenə deyirəm, vaxt udmaqla, yerdə qalmaqla futbolu inkişaf etdirmək mümkün deyil. Qəbələ azarkeşlərinə bunu demək istəyirdim.

Çünki onlar zaman-zaman bizi fitə basırdılar, hakimin qərarlarına etiraz edirdilər”.

Digər Xəbərlər
Xəbər Lenti