“Bilmədiklərimi “Zirə”də mənə başa salırlar, nələrsə görüb-götürürəm”

5 Sentyabr 2023 23:40 Zirə 689
“Bilmədiklərimi “Zirə”də mənə başa salırlar, nələrsə görüb-götürürəm”

“Böyük klublarda təcrübəli futbolçularla bir yerdə olmaq inkişaf üçün çox vacibdir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin müdafiəçisi Fuad Bayramov deyib.

“Qartallar”ın bu yay “Şamaxı”dan birillik icarəyə götürdüyü arxa xətt oyunçusu bildirib ki, yeni klubu onun üçün böyük təcrübədir:

“Ötən mövsüm hədəfləri yüksək olmayan “Şamaxı”da idim. Bu gün isə avrokuboklara vəsiqəyə iddia edən “Zirə”dəyəm.

Bu, mənim üçün çətin deyil. Bilmədiklərimi başa salırlar, yaxud yeni nələrsə görüb-götürürəm.

Bu baxımdan “Zirə”də mənə çox rahatdır”.

Digər Xəbərlər
Xəbər Lenti