
"Zirə" səfərdə "Qəbələ"ni də məğlub etsə, daha da yaxşı vəziyyətə düşəcək".
Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində qəsəbə təmsilçisinin Premyer Liqaya əla start götürməsindən danışıb.
Tanınmış teleşərhçi ilk 4 turda qələbələri sıralayan «qartallar»ın uğurlu çıxışını Rəşad Sadıqov amili ilə əlaqələndirib.
Bildirib ki, baş məşqçi komandanı düzgün komplektləşdirib, xüsusən yarımmüdafiə xəttini gücləndirib.
Qeyd edib ki, «Zirə» çempionatda bütün rəqibləriylə başabaş mübarizə aparmaq gücündədir.
Ekspert «Sabah» üzərində 1:0 hesablı qələbənin səbəblərini də burada açıqlayıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: