"Zirə" qələbələri sıraladı, rəhbərlik səxavət kisəsinin ağzını açdı

1 Sentyabr 2023 15:00 Zirə 992
"Zirə" qələbələri sıraladı, rəhbərlik səxavət kisəsinin ağzını açdı

Premyer Liqaya əla start götürən «Zirə»nin sonuncu «qurban»ı «Sabah» oldu.

Rəşad Sadıqovun çalışdırdığı «qartallar» dördüncü həftədə Konfrans Liqasının iştirakçısını 1:0 üstələdi və qələbə seriyasını 4-ə çatdırdı.

Əldə olunan zəfər qəsəbə təmsilçisinin maddi durumuna müsbət təsir edib. Əsas heyət üzvlərinin hər biri 3000 manat qazanıb.

«Zirə»lilərin açılış turunda «Qarabağ» üzərində 1:0 hesablı qələbəyə görə yeni məbləğdə pul qazanmasını bildirək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA