Rəşad Sadıqovda yığılıb qalan hirs

30 Avqust 2023 14:40 Zirə 893
Rəşad Sadıqovda yığılıb qalan hirs

Sankı Rəşad Sadıqovda ötən mövsümdən yığılıb qalan bir hirs var, indi tədricən onu boşaldır.

Hesab edirəm ki, «Zirə»nin ardıcıl dörd qələbəsinin arxasında gizlənən səbəblərdən biri budur.

«Zirə» keçən sezonu sırf şansızlığın, futbolçuların fərdi səhvlərinin ucbatından boşa verdi.

Müdafiə zonasında yer alanların inanılmaz xətaları komandanı azı 20 xaldan məhrum etdi, avrokuboklara yolları bağlandı.

Rəşad Sadıqov bu problemin həllinə daha çox zaman ayırmaqla, çempionatda rəqabət havasını Zirə istiqamətə dəyişən bir komanda əmələ gətirdi.

Çempionluq savaşının favoritləri sayılan «Qarabağ»ı səfərdə, «Sabah»ı evdə məğlubiyyətə uğratmaq bizi sövq edir ki, «Zirə»dən daha inamla danışaq, onun medalçılar sırasında yer almaq şanslarını bəribaşdan yüksək qiymətləndirək.

Doğru deyiblər ki, düzgün seleksiya uğurun yarısıdır. Rəşad Sadıqov, türklər demiş, bu yay tamı-tamına bir bazarlıq etdi və tutdu.

«Zirə»ni trendə salan bir digər yenilik isə lider xarakterli futbolçunun komandada olmasıdır. Ruan Renato bu mənada çox yararlıdır.

Braziliyalı müdafiəçini həqiqətən bəyənirəm və düşünürəm ki, Rəşad Sadıqov ən ağıllı addımlarından biri də onu «Qəbələ»dən gətirməsidir.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti