Bu komanda avrokuboklara getməyəcək, amma…

27 Avqust 2023 22:20 Zirə 3 594
Bu komanda avrokuboklara getməyəcək, amma…

Xeyli məşqçi tanıyıram ki, «Araz Naxçıvan»da gözü var, Azər Bağırovun yerində.

Gecə-gündüz arzulayırlar ki, kaş ardıcıl iki-üç tur uduzardılar, onu istefaya göndərib, yerinə gələrdilər.

İnanmayacaqsız, bu xəyalla hər gün yüz yola baş vuranların sayı 10-a yaxındır.

Ola bilər, Azər Bağırovun çatışmayan xüsusiyyətləri çox olsun. Hamıyla dost olmaq istəyir - yanlışlarından biri də budur.

Ancaq br məşqçi kimi savadlıdır, üstünlüyü də nəzəriyyəçi olmaması, bildiklərini praktikada sərgiləmək bacarığıdır.

Premyer Liqada ilk həftələrini keçirən gənc məşqçi üçün 4 xal yaxşı göstəricidir. Oynatdığı futbolu da bəyənirəm.

«Sumqayıt»ı gözdən qaçırmasalar da, əldən qaçırdılar. Bir xal qazanmadılar. İki xal itirdilər. İkinci hissədə nümayiş etdirdikləri üstün futbolla qalibiyyət onların olmalı idi.

Doğrudan da, «Araz-Naxçıvan» gəlişi ilə Premyer Liqada rəqabət mühütünə rəng qatıb, mübarizəni maraqlı edib.

Hə, mən avrokuboklara vəsiqə qazanacaqlarına inanmadığımı buradan söləyirəm, özü də çəkinmədən.

Bununla belə, qışdan sonra daha da güclənəcəklərini, liqada yerlərini asanlıqla qoruyacaqlarını, hətta 5-ci pilləyə kimi yüksələcəklərini güman etdiyimi gizlətmirəm.

Klubun rəhbərliyi kəmhövsələ olmasın, hissə qapılmasın. Düzələcək. Bağırova «Araz»ı relsə salmaq üçün azacıq müddətdən savayı heç nə lazım deyl.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti