Premyer Liqa klubu əcnəbi hücumçusunun transferini açıqladı

23 Avqust 2023 12:40 Zirə 2 030
Premyer Liqa klubu əcnəbi hücumçusunun transferini açıqladı

“Zirə” Toni Qomeslə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qəsəbə klubu məlumat yayıb.

Qvineya-Bissau yığmasının hücumçusu karyerasını İsraildə davam etdirəcək. Belə ki, 25 yaşlı cinah oyunçusu Hadera “Hapoel”inə transfer olunub.

Ötən ilin yayında “Zirə”yə keçən Toni Qomes 2022/2023 mövsümündə Premyer Liqada keçirdiyi 24 oyunda 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti