
"Zirə" Premyer Liqasının 4-cü turunda “Sabah”a qarşı keçirəcəyi oyun üçün hazırlıqlara start verib.
Sportinfo.az xəbər verir ki, komandanın məşq prosesini klubun Müşahidə Şurasının sədri Orxan Məmmədov da izləyib.
O.Məmmədov Premyer Liqanın 1-ci turunda "Qarabağ"la görüşdən 1 gün əvvəl də komandanı ziyarət etmişdi.
Qeyd edək ki, "Zirə" mövsümə uğurlu başlayıb. Paytaxt təmsilçisi 3 matçda 3 qələbə qazanıb. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda turnir cədvəlində 9 xalla liderdir.
"Zirə" - "Sabah" oyunu avqustun 26-da keçiriləcək və saat 19:30-da başlayacaq.