"Neftçi"nin yeni məşqçisi oğlunun burada qalmasını niyə istəmədi?

17 Avqust 2023 11:40 Zirə 1 302
"Neftçi"nin yeni məşqçisi oğlunun burada qalmasını niyə istəmədi?

Ömər Qurbanovun yetirməsi olduğu «Neftçi» ilə yolları ayırmasının səbəbi bilinib.

İki ay öncə əsas komandanın məşqlərinə cəlb edilən dayaq yarımmüdafiəçisini Adrian Mutu burada saxlamaq niyyətində olub.

Yeni baş məşqçi gəncin onlarla hazırlıq keçməsini, əvəzedici heyətdə isə meydana çıxmasını istəyib.

Fəqət, «dubl»u çalışdıran həmkarı Rəşad Abdullayev 2005-ci il təvəllüdlü orta sahə oyunçusuna ilk «onbirlik»də şans verməkdən imtina edib.

Bu da sırf Ömərə görə yox. Onun atası Sənan Qurbanovla münasibətlərinin yaxşı olmaması səbəbindən.

Belədə, S.Qurbanov oğlunu yeni işə başladığı klubdan «Zirə»yə aparmalı olub. Ömər artıq qəsəbə təmsilsçisi ilə 1 illik müqavilə imzalayıb.

O, bir müddət əvəzedici heyətdə forma geyinəcək və özünü yaxşı tərəfdən göstərərsə, əsas komandanın hazırlığına qatılacaq.

Ömər «Neftçi»nin Sankt-Peterburqda təşkil olunan «Matç TV» kubokuna qatılan qafiləsində yer alan azsaylı gənclərdən biri olub.

17 yaşlı orta sahə oyunçusunun buradan ayrılmasının atası Sənan Qurbanovun Adrian Mutuya köməkçi təyinatıyla eyni vaxta təsadüf eləməsi də maraqlı məqamdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti