Azərbaycan klubunda YENİ AYRILIQ

10 Avqust 2023 10:40 Zirə 1 706
Azərbaycan klubunda YENİ AYRILIQ

"Zirə" daha bir futbolçu ilə yolları ayırmağa hazırlaşır.

Əldə etdiyimiz məlumata görə, Slavik Alxasov komandadan getməyə qərar verib.

30 yaşlı müdafiəçi ötən ildən "Zirə"nin şərəfin qoruyur.

Cinah oyunçusu arxada qalan müddətdə 25 oyunda meydana çıxıb.

O, daha çox oynayacağı kluba getməyi düşünür.

Təcrübəli futbolçu karyerası ərzində "Xəzər Lənkəran", "Sabah", "Sumqayıt" və "Keşlə"nin (indiki "Şamaxı") formasın geyinib.

Maraq üçün bildirək ki, daha əvvəl Coşqun Diniyev, Mehdi Cənnətov, Hamidu Keyta, Mirsaib Abbasov, Mois Adileu, Loris Broqno, Cəlal Hüseynov, Ruslan Abışov, Sərtan Taşkın, Mohamed Hamdaui, Donald Gerye və Nemanya Andelkoviç "Zirə"ni tərk edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA