“Zirə””yə “HƏ” deyən afrikalı Azərbaycanın hansı klubuna “YOX” cavabı verib?

2 Avqust 2023 23:20 Zirə 1 659
“Zirə””yə “HƏ” deyən afrikalı Azərbaycanın hansı klubuna “YOX” cavabı verib?

“Zirə” dünən yeni legionerlə ilə anlaşdı.

Qəsəbə təmsilçisi Stefan Akanı heyətinə qatdı. 32 yaşlı müdafiəçiylə 1+1 illik müqavilə imzalandı.

Fil Dişi Sahilindən olan arxa xətt oyunçusu karyerası ərzində İtaliyanın “Leqano Salus”, “Belluno”, Rumıniyanın “Unversitat Krayova 1948”, “Unversitat Krayova”, Türkiyənin “Erzurumspor”, İsrailin “İroni Kiryat Şimona”, “Sektzia Ness Ziona” klublarının şərəfini qoruyub.

Bu, onun Azərbaycana ilk səfəri deyil. Afrikalı hələ 2019-ce ildə Bakıya ayaq basıb.

Həmin vaxt “Unversitat Krayova”nın heyətində Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində “Səbail”lə hər iki qarşılaşmada forma geyinib.

“Dənizçilər” sonradan ona təklif göndərib, fəqət, Aka Rumıniyanı tərk etmək istəməyib.

Daha əvvəl "Zirə" Məqsəd İsayev, İsmayıl İbrahimli, Ruan Renato, Fuad Bayramov,Tiaqo Silva və Pyer Zeblini heyətinə qatıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA