"Zirə"də günün ikinci transferi - RƏSMİ

1 Avqust 2023 15:50 Zirə 971
"Zirə"də günün ikinci transferi - RƏSMİ

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Sportinfo.az xəbər verir ki, qəsəbə təmsilçisi Stefan Akanı heyətinə qatıb. 32 yaşlı müdafiəçiylə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Fil Dişi Sahilindən olan futbolçu karyerası ərzində İtaliyanın “Leqano Salus”, “Belluno”, Rumıniyanın “Unversitat Krayova 1948”, “Unversitat Krayova”, Türkiyənin “Erzurumspor”, İsrailin “İroni Kiryat Şimona”, “Sektzia Ness Ziona” klublarının şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!