"Zirə" Türkiyədə 3-cü yoxlama oyununda “Kocaelispor”la heç-heçə etdi

28 İyul 2023 19:20 Zirə 828
"Zirə" Türkiyədə 3-cü yoxlama oyununda “Kocaelispor”la heç-heçə etdi

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda üçüncü sınağında yerli "Kocaelispor"la üz-üzə gəlib.

"Fenerbahçe Topuk Yaylası"nın meydançasında təşkil olunan qarşılaşmada qapılara qol vurulmayıb.

"Zirə" daha əvvəl keçirdiyi yoxlama oyunlarında Türkiyənin "Karagümrük" komandası ilə qolsuz, Tanzaniyanın "Simba" klubu ilə isə 1:1 hesablı heç-heçə edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!