Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" ikinci yoxlama oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Tanzaniyadan "Simba" ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. "Zirə"nin heyətində Rüstəm Əhmədzadə fərqlənib.
"Zirə": Tiaqo Silva, İlqar Əhmədov, Dimitrios Çantakias, Slavik Alxasov, Pərviz Azadov, Abbas İbrahim, Toni Qomes, Filip Pahtmann, Mahmud Ağayev, İlkin Muradov, Vüsal Əliyev.
Ehtiyat oyunçular: Səlim Həşimov, Fuad Bayramov, Eldar Quliyev, Ruan Renato, Qismət Alıyev, Vladislav Kulaç, İsmayıl İbrahimli, Hacıağa Hacılı, Rüstəm Əhmədzadə,
"Zirə" Bolu toplanışı çərçivəsində keçirdiyi ilk hazırlıq matçında Türkiyə Super Liqa təmsilçisi "Fatih Karagümrük"lə 0:0 hesablı heç-heçə edib.

