"Qarabağ"dan "Zirə"yə keçdi - Yığmanın sabiq qapıçısı

22 İyul 2023 09:20 Zirə 1 596
"Qarabağ"dan "Zirə"yə keçdi - Yığmanın sabiq qapıçısı

"Zirə" heyətini yeni qolkiperlə gücləndirib.

Sportinfo.az xəbər verir ki, qəsəbə təmsilçisi "Qarabağ"dan Məmməd Hüseynovu heyətinə qatıb.

1999-cu il təvəllüdlü qolkiper "Zirə" ilə birlikdə Türkiyə toplanışına da yollanıb. Onunla rəsmi müqavilə imzalanacağı gözlənilir.

Hüseynov "Qarabağ" yetirməsidir və U-17 yığmamızın sabiq qolkiperidir.

Bu yay Mehdi Cənnətovla vidalaşan “Zirə” portuqaliyalı qapıçı Tiaqo Silvayla münasibətlərini rəsmiləşdirib. 23 yaşlı qolkiper yeni komandası ilə 2+1 illik müqavilə imzalayıb.

Tiaqo Silva daha əvvəl ölkəsində “Gimaraeş”, “Leyşoeş” və “Trofense”nin şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!