"Zirə" Türkiyə klubu ilə bərabərə qaldı

21 İyul 2023 19:50 Zirə 1 601
"Zirə" Türkiyə klubu ilə bərabərə qaldı

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün ilk yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda “Fatih Karagümrük”lə qarşılaşıb.

“Fenerbahçe Topuk Yaylası”nın meydançasında keçirilən görüş 0:0 hesabı ilə başa çatıb.

“Fatih Karagümrük”lə Türkiyə Superliqasında mübarizə aparır.

"Zirə" Türkiyədə daha 2 yoxlama görüşü keçirəcək. Türkiyə 1-ci liqasında mübarizə aparacaq “Qaziantep”lə qarşılaşacaq komandanın sonuncu rəqibi hələlik məlum deyil.

Paytaxt təmsilçisi Bakıdakı toplanışı çərçivəsində "Kəpəz"lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!