"Zirə" qapı mövqeyinə axtarışların davam etdirir.
Baş məşqçi Rəşad Sadıqovun son olaraq bəyəndiyi sima Tiago Silva olub.
Portuqaliyalı qolkiperin son klubu "Trofense"dir.
23 yaşlı çərçivə qoruyucusunun bütün karyerası ölkəsinə bağlıdır.
"Benfika"nın yetirməsi "Trofense"yə kimi "Belenenses", "Aves", "Gimarayeş" və "Leixoes" klublarında çıxış edib.
Demək olar Portuqaliyanın aşağ yaş qrup millilərinin hamısında çıxış etmiş Tiaqo ilə danışıqlar müsbət axarda gedir.
Son anda hər hansı problem çıxmazsa, biz onu yeni mövsüm paytaxt klubunda görə bilərik.
XANOĞLAN / SPORTİNFO.AZ

