“Fatih Karagümrük” və “Qaziantep” - "Zirə" üçün

15 İyul 2023 07:20 Zirə 798
“Fatih Karagümrük” və “Qaziantep” - "Zirə" üçün

"Zirə"nin Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunlarındakı iki rəqibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Rəşad Sadıqov məlumat verib.

O bildirib ki, Türkiyə Superliqası təmsilçisi “Fatih Karagümrük” və ötən mövsüm elitanı tərk edən, yeni mövsümdən Türkiyə 1-ci liqasında mübarizə aparacaq “Qaziantep”lə qarşılaşacaqlar.

"Zirə" iyulun 18-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Klub toplanışını Bolu şəhərində keçirəcək. Bakı təmsilçisi bu müddətdə 3 yoxlama oyunu keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA