Rəşad Sadıqov: “Razıyam”

15 İyul 2023 02:40 Zirə 816
Rəşad Sadıqov: “Razıyam”

"Sevindirici haldır ki, yoldaşlıq oyunu olmasına baxmayaraq, futbolçular matça çox ciddi yanaşdılar".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

41 yaşlı mütəxəssis nəticənin elə də önəm daşımadığını bildirib:

"Əsas olan komandanın göstərdiyi futbol və meydandakı nizam-intizamdır. Futbolçuların məsuliyyətli olması bizi sevindirir.

Komandamın çıxışından razı qaldım".

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!