“Xeyir, mən bu durumdan üzülmürəm”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin yeni transferi Rəşad Sadıqov deyib.
Onun son iki mövsümdə formasını geyindiyi “Qəbələ”də fərqli olaraq, “Zirə” bu mövsüm avrokuboklarda iştirak etməyəcək.
Lakin müdafiəçi bu məqamın onu çox da narahat etmədiyini dilə gətirib:
“Gələn mövsüm yaxşı çıxış edib, “Zirə” ilə avrokuboklarda oynamaq istəyirəm. İnanıram ki, istəyimiz alınacaq.
“Zirə”yə böyük imidlərlə gəlmişəm. Ona görə iki illik müqavilə imzaladım.
Güclü komandamız var və biz çox şeyə nail ola bilərik”.

