5000 manat maaşa razısansa, gəl, 1 illik müqaviləyə qol çək!

8 İyul 2023 21:20 Zirə 5 661
5000 manat maaşa razısansa, gəl, 1 illik müqaviləyə qol çək!

“Araz Naxçıvan” millinin sabiq müdafiəçisi Slavik Alxasova dəvət göndərib.

Səkkiz illik aradan sonar Premyer Liqaya dönən Muxtar Respublika təmsilçisi ona 1 illik müqavilə təklif edib.

Cinah oyunçusuna ala biləcəyi əməkhaqqı da söylənib. Razılaşarsa, aylıq 5000 manat qazanacaq.

Alxasov ötən ilin yayında “Sabah”dan “Zirə”yə keçib və ikiillik müqavilə bağlayıb. Nə olsun, əsas heyətə düşə bilmir.

Ötən mövsüm təkdənbir meydana çıxan müdafiəçi Rəşad Sadıqovun gələcək planlarında özünə yer edə bilməyib.

Hələ 1 illik müqaviləsi olduğundan, onunla yolların ayrılmasında çətinlik yaranıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA