“Bunu hər zaman demişəm və deyəcəm də”

4 İyul 2023 21:00 Zirə 1 106
“Bunu hər zaman demişəm və deyəcəm də”

“Bu klubda çox şey qazandım”.

Ötən ay ”Qəbələ”dən “Zirə”yə keçən Məqsəd İsayev Sportinfo.az-a açıqlamasında belə deyib.

Qəsəbə klubu ilə 2 illik müqavilə imzalayan müdafiəçi son iki mövsümdə formasını geyindiyi “qırmızı-qaralar”ın ünvanına müsbət fikirlər söyləyib.

Axı Məqsəd bir müddət kölgədə qalmışdı. “Səbail”dən “Qəbələ"yə gələndən sonra sanki yenidən parladı.

Maraqlıdır, ona bu klubdan ayrılmaq çətin olmadı? İsayev suala cavabında bunları dedi:

“Çox doğru dediz ki, “Qəbələ”də hər şey yaxşı alındı. Bunu hər zaman demişəm və deyəcəm də.

Bu baxımdan, təbii ki, ayrılıq mənə çətin oldu”.

Digər Xəbərlər
Xəbər Lenti