Ukraynalı forvard Kiyev "Dinamo"sunu Azərbaycan klubuna dəyişir? - SON DƏQİQƏ

24 Yanvar 2023 10:40 Zirə 2 065
Ukraynalı forvard Kiyev "Dinamo"sunu Azərbaycan klubuna dəyişir? - SON DƏQİQƏ

"Zirə" qış fasiləsinin son günlərində ilk transferini reallaşdırmağa çox yaxındır.

Paytaxt klubu ukraynalı Vladislav Kulacla danışıqlar aparır.

Demək olar ki, əksər məsəllərdə tərəflər arasında razılıq əldə olunub. Son anda bir problem çıxmazsa, bu transferin rəsmiləşməsi an məsələsidir.

29 yaşlı forvardın son klubu adlı-sanlı "Dinamo" (Kiyev) olub. Amma hücumçu 2021-ci ildən şərəfini qoruduğu klubda çox da oynamaq şansı əldə etməyib.

O, "Dinamo"dan başqa "Stal", "Vorskla", "Metallurq", "Şaxtyor", "Zorya" kimi digər yerli klubların da şərəfin qoruyub.

Macarıstanda "Honved", Türkiyədə isə "Əskişəhərspor"da legioner həyatı yaşayıb.

Ön xətt oyunçusu ölkəsinin aşağı yaş millilərində çıxış edib. Əsas milli komandaya dəvət alsa da, rəsmi oyunda meydana çıxmaq ona qismət olmayıb.

Kulac bu günə qədər meydana çıxdığı 181 matçda 50 dəfə rəqib qapılarının torunu silkələməyi bacarıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti