
Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanan daha bir komanda bəlli olub.
Sportinfo.az xəbər verir ki, "Zirə" növbəti raunda yüksəlib.
Qəsəbə təmsilçisi 1/8 finalda "Mingəçevir"i məğlub edib - 2:0. Qolları 30-cu dəqiqədə Dmitrios Çantakias, 60-cı dəqiqədə Rüstəm Əhmədzadə vurub.
"Qartallar" 1/4 finalda "Neftçi" ilə üz-üzə gələcək.
"Mingəçevir" - "Zirə" 0:2
Qollar: Dmitrios Çantakias, 30; Rüstəm Əhmədzadə, 60
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu. 2000 tamaşaçı
Baş hakim: Emin Əliyev
Baş hakimin köməkçiləri: Elman Kərimov, Elmin Süleymanov
Dördüncü hakim: Əkbər Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqə: yoxdur
Artırılan vaxt: I hissədə 3 dəq.; II hissədə 3 dəq.