"Heç olmasa, istədiyimiz 2-3 oyunçunu transfer etsəydik, yaxşı olardı"

21 Yanvar 2022 12:40 Zirə 608
"Heç olmasa, istədiyimiz 2-3 oyunçunu transfer etsəydik, yaxşı olardı"

"Gəncləri çıxsaq, bu gün Premyer Liqa təcrübəsinə malik 11-12 futbolçumuz var".

Sportinfo.az xəbər verir ki, bu fikirlər "Zirə"nin baş məşqçisi Rəşad Sadıqova məxsusdur.

Keyfiyyət baxımından şikayətinin olmadığını söyləyən gənc mütəxəssis heyətin kasadlığına diqqət çəkib:

"Cəza və zədə sarıdan hər hansı itkimiz olduqda ciddi problemlərlə qarşılaşa bilərik. Məni ən çox narahat edən məsələ budur".

Baş məşqçinin fikrincə, qalan müddətdə yeni transferlər edilsə, bu, komandaya uyğunlaşma baxımından, mövsümün ikinci yarısında problem yarada bilər.

Lakin o, yeni oyunçulara formalarını bərpa etmək üçün vaxt verəcəyini vurğulayıb:

"Təki qoşulsunlar. O halda həmin futbolçulara komandaya uyğunlaşmaları və ya formalarını bərpa etmələri baxımından müəyyən vaxt ayrılacaq.

Təbii ki, gec qoşulmaları problem olacaq. Hər bir baş məşqçi istəyər ki, toplanışın əvvəlindən bütün heyət əlində olsun. Amma bu, baş vermədi.

Heç olmasa, mövsümün ikinci yarısının başlanmasına qalan 10 gün ərzində istədiyimiz 2-3 oyunçunu transfer etsəydik, yaxşı olardı".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!