
Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, günün ikinci matçında "Səbail" "Zirə"ni qəbul edib.
"ASCO Arena"da gerçəkləşən oyun qonaqların qələbəsi ilə bitib - 2:1.
"Qartallar"ın heyətində Salifu Suma 16-cı dəqiqədə hesabı açıb. Meydan sahiblərindən Yadin Luqasi 31-ci dəqiqədə bərabərlik qoluna imza atıb. 82-ci dəqiqədə isə Felipe Paxtman qələbə qolunun müəllifi olub.
Çempionatda hər üç matçda qələbə qazanan "Zirə" xallarının sayını 9-a çatdırıb və liderliyini davam etdirir. "Dənizçilər" 1 xalla doqquzuncu sıradadır.